Teleqraf.com xəbər verir ki, çempionatda Azərbaycan atletləri iştirak edirlər. Turnirin birinci günü Səid Codairi bodifitnes üzrə 175 santimetrdən yuxarı boy dərəcəsində gümüş medal qazanıb. Teymur Aslanov isə 168 santimetrə qədər boy dərəcəsində fərqlənərək bürünc medala sahib olub.
Bodibildinq yarışlarında Elnur Şıxəliyev (70 kq) və Camal Codairi (75 kq) medalın bir addımlığında onu əldən verərək, dördüncü yerlə kifayətlənməli olublar. Reza Kakavand (100 kq) beşinci yeri tutub.