Teleqraf.com xəbər verir ki, bu gün səhər saatlarında ilk oyun AZAL Arenada A qrupuna daxil olan iki keçmiş qalib – Səudiyyə Ərəbistanı və Mərakeş komandaları arasında keçiriləcək. Lakin hər kəsin diqqəti Azərbaycan millisinin Bayıl Arenada Kamerun yığması ilə qarşılaşmasına yönələcək.
Qaydalar Olimpiya Oyunlarında tətbiq edilən qaydalarla eynidir. Belə ki, hər bir komandada yaşı 23-dən yuxarı olan 3 oyunçunun yer almasına icazə verilir.
Millimizin heyəti:
Məqsəd İsayev - Neftçi
Ruslan Abışov - Neftçi
Rahil Məmmədov - Neftçi
Fəhmin Muradbəyli - Neftçi
Mirabdulla Abbasov - Sumqayıt
Yusif Nəbiyev - Sumqayıt
Tərlan Əhmədli - Sumqayıt
Azər Salahlı - Sumqayıt
Şahrudin Maqomedaliyev - Qarabağ
Elşən Abdullayev - Qarabağ
Mahir Mədətov - Qarabağ
Coşqun Diniyev - Qarabağ
Ağabala Ramazanov - Qarabağ
Rəşad Sadiqov - Qəbələ
Tellur Mütəllimov - Qəbələ
Elvin Camalov - Qəbələ
Vüqar Mustafayev - Zirə
Adil Nağıyev - Zirə
Sadiq Quliyev - Zirə
Azad Kərimov - Kəpəz
Orxan Əliyev - Kəpəz
Emil Balayev - Səbail
Elnur Cəfərov Duqopolye - (Xorvatiya)
GÜNÜN TƏQVİMİ:
10:30 - 12:30 Qrup oyunu A1 (Səudiyyə Ərəbistanı – Mərakeş
12:30 - 14:30 Qrup oyunu B1 (Əlcəzair - Türkiyə)
16:30 - 18:30 Qrup oyunu B2 (Fələstin - Oman)
18:30 - 20:30 Qrup oyunu A2 (Azərbaycan - Kamerun)
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla 20 idman növü üzrə keçiriləcək.