11 May 2017 14:57
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudan, Liviya və Küveytin İslam Həmrəyliyi Oyunlarına gəlməməklə bağlı qərarına hörmətlə yanaşırıq. Sual verə bilmərik ki, hansı səbəbə görə gəlmirsiniz?

Teleqraf.com xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 3 ölkə Bakı 2017-dən imtina edibsə, çox güman vacib səbəbə görə Bakıya gəlməyəcəklər: “İnanıram ki, aparılan hazırlıq işləri bütün ölkələri Bakı 2017-yə cəlb edib. Gəlmirlərsə, deməli, çox vacib səbəbə görə gəlmirlər. Biz onların qərarına hörmətlə yanaşırıq. 2 ildən artıqdır ki, Azərbaycanda inteqrasiya qruplarının görüşləri keçirilir. Bu iclaslarda 57 ölkənin nümayəndələri iştirak edib. Son nəticəni elan elədik və qürur hissi ilə vurğuladıq ki, 57 ölkənin idmançıları Bakı 2017-də iştirak edir. Təsdiq almışdıq və rekord nəticəni elan etmişdik. 3-4 gün ərzində 3 ölkənin iştirak etməmək qərarı daxil oldu. Əlimizdən gələni etmişik ki, idmançıların yerləşdirilməsi, iştirakı və ehtiyaclarının təminatı üçün bütün ölkələri razı salaq. İşlərimizi tələblərə uyğunlandırmışıq”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər