Teleqraf.com xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov futbol yarışlarına biletlərin hamısı satılıb qurtarsa da, azarkeşlərin stadionda az olması ilə əlaqədar suala cavabında deyib. “Bu sualı biz özümüz də verdik. Ola bilər ki, gün düşüb, hava isti olub. Yaxud futbol yarışlarının biletlərinin bəzilərinin qiyməti 2 manatdır. Alıb getməyənlər də ola bilər. Bildirmək istərdik ki, azarkeşlərin başqa oyunlara da bilet alması mümkündür. Yəni bu matçı yox, başqa bir oyunu izləməyə üstünlük verə bilərlər", - deyə nazir qeyd edib.
Nərgiz