Boks Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, bu gün rinqə +91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov çıxacaq. İkiqat dünya çempionumuzun ilk rəqibi qazaxıstanlı Nurlan Saparbay olacaq.
Məhəmmədrəsul Məcidov yarış öncəsi təəssüratlarını bölüşüb: “Çalışacağam ki, uğurlu çıxış edim. Artıq neçə vaxtdır məşqlərə başlamışam, sınaqçı rəqiblərlə gücümü yoxlamışam. Özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Xeyli müddətdir heç bir yarışda iştirak etməsəm də, İslamiadaya hazıram. Hədəfim birinci yerdir. Çox güclü komandamız formalaşıb. Hazırlığa əsasən deyə bilərəm ki, İslam Həmrəyliyi Oyunlarında komanda hesabında da birinci yer uğrunda mübarizə aparacağıq”.
Qeyd edək ki, sabah isə boksçularımızdan Məsud Yusifzadə (52 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) mübarizə aparacaq.
Nərgiz