Teleqraf.com-un məlumatına görə, bu dəfə stend atıcılığında uğur əldə edilib.
Qadınların səngər stendi yarışlarında çıxış edən Şəfəq Əmrahova yarışı gümüş medalla başa vurub.
Təsnifat mərhələsində cəmi 48 xal toplayıb, mübarizəni başa çatdıran 6 idmançı arasında sonuncu olan snayperimiz finalda daha sərrast çıxış edib. Həlledici mərhələdə 37 xal yığan Şəfəq yalnız türkiyəli Nihan Gürerdən (41 xal) geri qalıb. 3-cü olan qətərli Xoloud Hassan Əl Xələf 29 dəqiq atəş açıb. Digər idmançımız Aydan Camalova 13 xalla 6-cı yeri tutub.
Yığmamıza ilk medalı Ruslan Lunyov qazandırıb. O, 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaqda qızıl medala yiyələnib.