Teleqraf.com xəbər verir ki, Azərbaycan yığma komandası yarışın ikinci günündə də medal siyahısına başçılıq edir. Hazırda milli komandamızın aktivində 50 medal - 24 qızıl, 17 gümüş və 9 bürünc var.
Azərbaycanın ən yaxın izləyicisi Türkiyə milli komandası 59 medalla ikinci sıradadır. Bu medallardan 20-sı qızıl, 24-ü gümüş, 15-i bürüncdür.
İlk beşliyi Özbəkistan (21 medal, 5-4-12), İndoneziya (23 medal, 4-10-9) və İran (17 medal, 4-5-8) tamamlayır.
Ümumilikdə yarışın ikinci gününün yekununda 17 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.