“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında kişilər arasında 50 metr məsafədən tapança ilə atəş açma yarışının finalçıları müəyyən olunub.
Teleqraf.com xəbər verir ki, Azərbaycan idmançısı Rəsul Məmmədov 538 xalla finala vəsiqə qazanıb.
Digər idmançımız Rəhim Rəhimov təsnifat mərhələsində mübarizəni dayandırıb. Ruslan Lunyov isə yarışa qatılmayıb.