15 May 2017 16:32
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV İslam Həmrəyliyi Oyunlarını çərçivəsində keçirilən boks yarışlarında Azərbaycan millisinin üzvü Tayfur Əliyev (56 kq) ilk döyüşünə çıxıb.

Teleqraf.com xəbər verir ki, 20 yaşlı idmançının debütü 1/4 final mərhələsinə təsadüf edib.

O, Avropa Oyunlarının mükafatçısı Taoufik Kaçfi (Mərakeş) ilə qarşılaşıb. Döyüş vaxtından əvvəl təmsilçimizin xeyrinə başa çatıb. Əliyev I raundda rəqibinin qaşını partladığı üçün texniki qələbə qazanıb.

O, mayın 17-də baş tutacaq yarımfinalda özbəkistanlı Abdulxay Şaraxmatovla qarşılaşacaq.

Qeyd edək ki, Əliyevədək Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) da 1/2 finala vəsiqə qazanıblar.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər