18 May 2017 16:21
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruslan Lunev IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi beş qızıl medala görə ödəniləcək mükafatın bir hissəsini Talassemiya Mərkəzinin hesabına köçürəcək.

Bunu "Report"a azərbaycanlı idmançı-atıcı, IV İslam Həmrəyliyi Oyunlarının beşqat qalibi Ruslan Lunevin anası İradə Aşumova bildirib.

"Onlar bu pulları qazanıb. Söhbət medallardan gedirsə, medalın üstündə heç kimin soyadı yazılmır. İnsan beş qızıl medal qazanıbsa, deməli, bu, onun və məşqçisinin nailiyyətidir. Xüsusən də mən onun anası kimi, oğlumun necə çalışdığını, belə uğurlara hansı çətinlikləri aşaraq nail olduğunu görmüşəm və görürəm", - İ.Aşumova vurğulayıb.

Onun sözlərinə görə, hazırda əsas məsələ dayanmamaq, çalışmağa davam etmək, "pulum var, heç nə etməyə ehtiyac yoxdur" fikri ilə yaşamamaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər