Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdəbil əsilli futbolçu Y.Qolməhəmmədi baş məşqçi postuna gətirilib.
Y.Qolməhəmmədi bundan öncə Tehranın “Perspolis”, İsfahanın “Zob Ahən” və birinci dəstədə oynayan “Oksin Əlborz” komandalarında baş məşqçi vəzifəsində işləyib.
Qeyd edək ki, İslam İnqilabi Keşikçilər Korpusu üzvlərinin “Traxtur” klubunu nəzarətdə saxlaması bir çox problemlərə səbəb olub. Klub FİFA-nın qərarına əsasən növbəti mövsümdə yeni oyunçu transfer edə bilməyəcək. Təbriz klubu eyni halda ciddi maliyyə sıxıntısı ilə üz-üzə qalıb, problemlərdən dolayı ötən günlərdə bir neçə güclü oyunçu komandanı tərk edib.