Bundesliqanın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, rəmzi komandada aşağıda adları qeyd olunan futbolçular yer alıb:
Qapıçı: Manuel Noyer ("Bavariya")
Müdafiəçilər: Sead Kolaşinaç ("Şalke"), Mats Hummels ("Bavariya"), Niklas Sule ("Hoffenhaym"), Lukas Pişek ("Borussiya" Dortmund)
Yarımmüdafiəçilər: Emil Forsberq ("Leyptsiq"), Tiaqo Alkantara ("Bavariya"), Nabi Keyta ("Leyptsiq")
Hücumçular: Usman Dembele ("Borussiya" Dortmund), Robert Levandovski ("Bavariya"), Pyer-Emerik Obameyanq ("Borussiya" Dortmund)
Qeyd edək ki, sorğu zamanı 7 milyon 600 min səs verilib. (qol.az)