1 İyun 2017 17:02
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Zenit” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytı xəbər verir ki, Mirça Luçeskunun qovulmasından sonra boş qalmış postu Roberto Mançini tutub.

Məlumatı Sankt-Peterburq təmsilçisinin rəsmi saytı yayıb.

İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Mançini bu müddətdə uğurlu nəticə göstərsə, onun sözləşməsi daha 2 il müddətinə uzadılacaq.

Qeyd edək ki, Mançini məşqçilik fəaliyyəti ərzində “Fiorentina”, “Latsio”, “İnter”, “Mançester Siti” və “Qalatasaray” klublarını çalışdırıb.


Müəllif: Teleqraf.com