3 İyun 2017 08:52
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kamal Quliyev “Neftçi”nin yeni idman direktoru vəzifəsinə təyin olunub.

Teleqraf.com xəbər verir ki, 40 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanıb.

1997-2002-ci illər aralığında “Neftçi”nin şərəfini qorumuş Quliyev bu komandada 109 oyun keçirib və 19 qola imza atıb. O, “ağ-qaralar”da məşqçi kimi də fəaliyyət göstərib. Bu, 2011-2014-cü illərə təsadüf edib.

Qeyd edək ki, Quliyevin son iş yeri tarixin yaddaşına qovuşmuş "Neftçala" olub. Mütəxəssis ardıcıl 2 dəfə bu komandaya baş məşqçi kimi 1-ci dvizionun çempionluğunu yaşadıb.


Müəllif: Teleqraf.com