3 İyun 2017 09:30
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasında 2016/17 mövsümünün qalibi bəlli olacaq.

Teleqraf.com xəbər verir ki, Kardiffin “Millennium” stadionunda baş tutacaq final mərhələsində İtaliyanın "Yuvestus" klubu İspaniya nəhəngi olan Madrid "Real"ı ilə qarşılşacaq.

Klublar son 17 ildə 8 dəfə üz-üzə gəliblər. Bu görüşlərdən 4-də “Yuventus”, 2-də “Real” qələbə qazanıb, digər 2 oyunda isə heç-heçə qeydə alınıb.

Zədələr baxımından "Kral" klubunu şanslı sayıla bilər. Belə ki, həkimlər zədədən əziyyət çəkən Qaret Beyl və Daniel Karvahalın bu qarşılaşmada iştirakına icazə verib.

"Qoca sinyora"nın dünənki məşqində zədələnən yarımmüdafiəçi Stefano Sturaro final qarşılaşmasını tribunalardan izləməli olacaq.

Oyun Bakı vaxtı ilə 22:45-də keçiriləcək. Qarşılaşmanın baş hakimi almaniyalı Feliks Brixdir.


Müəllif: Samir