3 İyun 2017 11:09
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Şimali İrlandiya yığması bu gün yoxlama oyunu keçirib.

Maykl O`Nilin komandası Yeni Zelandiya ilə üz-üzə gəlib.

Görüş Şimali İrlandiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 6-cı dəqiqədə Liam Boyce vurub.

Xatırladaq ki, Şimali İrlandiya millisi iyunun 10-da Bakıda millimizin qonağı olacaq. (Qol.az)


Müəllif: Teleqraf.com