3 İyun 2017 20:41
1 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ukrayna əsilli məşhur azərbaycanlı sərbəst güləşçi Mariya Stadnik 29 yaşını qeyd edir.

Bütün zamanların ən yaxşı qadın güləşçisi sayılan Mariya və həyat yoldaşı ukraynalı güləşçi Andrey Stadnik Teleqraf.com-a verdikləri eksklüziv müsahibədə bu günün sevincini bölüşüblər.

Dəfələrlə Avropa Çempionatının qızıl medallarını qazanan, 2015-ci il I Avropa Oyunlarının, həmçinin IV İslam Həmrəyliyi Oyunlarının çempionu olan Mariya Stadnik hazırda Azərbaycandan kənarda sevimli ailəsi ilə birgə xoş bir doğum günü partisi keçirdiyini bildirib. Andrey Stadnik də öz növbəsində bu özəl günü ancaq doğmalarının əhatəsində keçirdiyini açıqlayıb.

"Mariya xoşbəxtdir. O, xoşbəxt olanda mən özümü ondan da xoşbəxt hiss edirəm. Uşaqlar da sevinc içindədirlər. Hazırda oğluma güləş dərsləri keçirəm. Burda çox şən əhval-ruhiyyə var", - deyən Andrey Stadnik həyat yoldaşına ən xoş diləklərini çatdırıb:

"Mariyaya arzu edirəm ki, Azərbaycan bayrağını daha da yüksəklərə qaldırsın və adını Azərbaycan tarixinə yazdırsın!"

Qeyd edək ki, Mariya Stadnik 2011-ci ildə Beynəlxalq Güləş Federasiyasının versiyasına görə, planetin ən yaxşı qadın güləşçisi seçilib. O, həmçinin 2016-cı ildə keçirilən XXXI Yay Olimpiya Oyunlarının final görüşündə Yaponiya güləşçisi Eri Tosakayanı sona 3 saniyə qalmış məğlub edərək, ictimai səs-küyə səbəb olmuş və öz adını, ən əsası Azərbaycanın adını bütün planetə tanıtdırmışdı.

Könül Əlibəyli


Müəllif: Teleqraf.com