4 İyun 2017 08:35
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim üçün əla mövsüm oldu. Bütün futbolçuları və bu böyük klubu təbrik etmək lazımdır”.

Bunu “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalında “Yuventus”a qalib gəldikləri oyundan (4:1) sonra deyib.

Fransalı mütəxəssis komandasından razılığını ifadə edib: “Bizdə potensiallı futbolçular var. Bir qədər də çalışsaq, daha çox uğur qazanarıq. Mən xoşbəxtəm. Bəlkə də üzümə baxanda bu hiss olunmur, ancaq inanın ki, komandamdan çox razıyam”.

Zidan “sizi dünyanın ən yaxşı baş məşqçisi adlandırmaq olar” sualını qısa cavablandırıb: “Yox-yox, siz nə danışırsız”./Qol.az/


Müəllif: Teleqraf.com