4 İyun 2017 14:17
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Çempionlar Liqasının “Yuventus”a qarşı final oyununda (4:1) dubl edən Kriştiano Ronaldo üçün bu matç başqa bir əlamətdar faktla da yadda qalıb.

Qol.az-ın “Opta” statistik səhifəsinə istinadən yaydığı xəbərə görə, o, peşəkar karyerasında 599 və 600-cü qolunu vurub.

32 yaşlı hücumçu bu qollardan 529-unu çıxış etdiyi klublarda (“Real”, “Mançester Yunayted”, “Spotinq” – ümumən 529), 71-ni isə Portuqaliya millisində rəqib qapısından keçirib.


Müəllif: Teleqraf.com