4 İyun 2017 16:40
501

Qış transfer pəncərəsində “Qarabağ”dan “Adanaspor”a keçən Reynaldo Silva dünən Türkiyə superliqasında “Fənərbaxça” ilə matçda iştirak edib.

Qol.az-ın xəbərinə görə, Adana təmsilçisinin öz meydanında 1:3 hesabı ilə uduzduğu bu qarşılaşmada brazilyalı oyunçu 74-cü dəqiqədə meydana daxil olub və əvvəlki matçlarda olduğu kimi, yenə qol vurmağı bacarmayıb.

Ümumiyyətlə, Reynaldonun “Adanaspor”dakı karyerasını uğursuz hesab etmək olar. O, yeni klubunda bütün matçlarda ehtiyatda qalıb, superliqada cəmi 9 oyunda iştirak edib və 1 qol belə vura bilməyib.

Qeyri-rəsmi xəbərlərə görə, “Adanaspor” Reynaldo ilə yolları ayıra bilər.


Müəllif: Teleqraf.com
Загрузка...