4 İyun 2017 19:42
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 7-də Roman Qriqorçuk Azərbaycana qayıdacaq.

Teleqraf.com xəbər verir ki, bu haqda “Qəbələ”nin baş meneceri Zaur Əzizov məlumat verib. Ukraynalı mütəxəssis bundan sonra klubu ilə yeni müqavilə imzalayacaq.

Hələlik isə “Qəbələ” yerli futbolçuların iştirakı və Roman Qriqorçukun köməkçilərinin nəzarəti ilə məşqləri davam etdirir. İyulun 7-dən legioner futbolçular da komandanın düşərgəsinə qoşulacaq.

Xatırladaq ki, R.Qriqorçukun “Qəbələ” ilə müqaviləsi 2016/17 mövsümündə başa çatıb. Klub onunla müqavilənin müddətini uzatmaqla bağlı razılığa gəlib.


Müəllif: Teleqraf.com