5 İyun 2017 08:05
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının finalında keçirilən “Real” - “Yuventus” oyununun (4:1) sonlarında maraqlı anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, “Real”ın ehtiyat qapıçısı Kiko Kasilya qarşılaşmanın son anlarında köməkçi hakimin funksiyasını yerinə yetirib. O, qarşılaşmanın 89-cu dəqiqəsində ehtiyat hakimdən elektron tablonu alaraq Toni Kroosun əvəzlənməsini özü göstərib.

Qapıçı oyuna əlavə edilmiş dəqiqəni də göstərəndən saonra elektron tabloda 12 rəqəmini nümayiş etdirib. Bununla da o, “Real”ın Çempionlar Liqasını 12-ci dəfə qazanmasına işarə edib.


Müəllif: Teleqraf.com