10 İyun 2017 22:44
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çox danışmaq istəmirəm. Futbolda belə hadisələr olur. Bir komanda oynayır, dgirə iqalib gəlir. Komandam çox gözəl oyun nümyaiş etdirdi”.

Teleqraf.com-un qol.az-a istinadən məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə keçirilən oyundan (0:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

- Baxımlı oyuna görə sizə təşəkkür edirik. Futbolçuları digər oyuna kökləmək sizin üçün çətin olmayacaq ki?

- İndi futbolçular dincəlməyə gedir. Daha sonra “Qarabağ” və “Qəbələ” avrokuboklarda çıxış edəcək. Komandam bu gün az səhvə yol verdi. Demək olar ki, 70 faiz top bizdə oldu. Bir neçə yüzfaizli qol imkanımız oldu. Namiq Ələsgərova qarşı rəqib kobudluq etdi. Hakim bunu görmədi.

- Millimizin oyun sistemi “Qarabağ”a bənzəyirdi. Növbəti oyunlarda da belə olacaq?

- Mən bura gələndən eyni sistemlə oynayırıq.

- Bu gün 10 nəfər vuruşurdu, Kamran Ağayev vaxt “udurdu”. Bu fikirlə razısınız?

- Yadınızdadırsa, 70-ci dəqiqədən sonra bizim 2 qol şansızmız oldu.

- 63-cü dəqiqədə komandamız künc zərbəsi qazansa da, Bədavi, Rəşad kimi oyunçular arxada qaldılar. Sizin sürpriziniz bu idi?

- Onu deyə bilərəm ki, bu gün meydanda güclü Azərbaycan millisi var idi. Rəqib 10 nəfərlə müdafiə olunurdu. Belə komandaya qarşı oyunda 4 qol imkanı yaratdıq. Əgər bunların 2-ni qola çevirsəydik, Azərbaycanın ən yaxşı oyunu olardı. Norveçə qarşı belə oynaya bilmədik.

- Türkiyə mətbuatına inansaq, sabah “Bursaspor”la danışıqlara gedəcəksiniz.

- Bu suala cavab vermək istəmirəm.

- Bilmək istəyirik ki, dekabra qədər millimizdə qalacaqsınız?

- Bəlkə mənim getməyimi istəyirsinisəniz, gedərəm.


Müəllif: Teleqraf.com