16 İyun 2017 17:14
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:35

Bolqarıstanda keçirilən kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatında qrup mərhələsinin oyunları başa çatıb.

Teleqraf.com xəbər verir ki, ilk iki oyundan 2 xal toplayan millimiz sonuncu qarşılaşmada Kiprlə üz-üzə gəlib.

Bu oyunu da 28:32 hesabı ilə məğlub başa vuran Azərbaycan yığması 1/4 final şanslarının üstündən xətt çəkib.

Komadamız bu gün 9-16-cı yerlər uğrunda D qrupunu xalsız başa vuran Ermənistanla qarşılaşacaq.

***

Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası Bolqarıstanda Avropanın zəif ölkələri arasında keçirilən "Challenge Trophy" turnirində 9 - 16-cı yerlər uğrunda ilk görüşə çıxıb.

Report-un məlumatına görə, rəqib Ermənistan yığması olub.

Görüş Hikmət Abdullayevin baş məşqçi olduğu komandanın aşkar üstünlüyü şəraitində keçib. İlk yarıdan 21:7 hesablı üstünlüklə ayrılan Azərbaycan millisi yekunda 18 top fərqi ilə qələbə qazanıb - 39:21. Qalib komandadan ən yaxşı oyunçu adına Maksim Butenko layiq görülüb.

Qeyd edək ki, Azərbaycan millisi daha 2 rəqiblə görüşdən qalib ayrılsa, turniri 9-cu yerdə başa vuracaq.


Müəllif: Samir