19 İyul 2014 10:50
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldonun anası Dolores Aveyro oğlu haqda hər kəsi təəccübləndirəcək açıqlama verib.


O, dünən satışa çıxan avtobioqrafiyasında Ronaldoya hamilə qaldığı vaxtlarda abort etdirmək istədiyini yazıb. Ancaq həkimlər bu prosedura razılıq verməyiblər:

"Körpədən qurtulmaq üçün isti pivə içmiş və çoxlu qaçmışdım. Ancaq heç cür istəyimə nail ola bilmədim. Abort etdirmək istəyəndə isə həkimlər buna icazə vermədilər".

D.Aveyro Ronaldonun da uşaqkən ona sevgisi olmadığını, lakin sonradan hər şeyin qaydasına düşdüyünü qeyd edib.

/publika.az/


Müəllif: