20 İyul 2014 10:29
695

İngiltərənin "Liverpul" klubu yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

Lazar Markoviçin ardından Liverpul təmsilçisi "Kvins Park Reyncers"in futbolçusu Luik Remini transfer edib.

Ötən mövsüm "Nyukasl"ın heyətində icarə əsasında çıxış edən 27 yaşlı futbolçunun yaxın günlərdə "Liverpul"la rəsmi müqavilə imzalayacağı bildirilir. "Mersisaydlılar"ın Fransa millisinin futbolçusunun keçidi üçün "Kvins Park Reyncers"ə 8,5 milyon avro ödəyəcəyi iddia olunur.

Qeyd edək ki, "Liverpul"un "Borussiya" (Dortmund) klubunun futbolçusu Marko Roysla da yaxından maraqlanır./qol.az/


Müəllif: