teleqraf.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni futbolçusu Yakup Jezniçak klubun rəsmi saytına açıqlamasında deyib.
Otuz yaşlı polşalı mərkəz müdafiəçisi azarkeşin ondan çox şey gözlədiyinin fərqində olduğunu söyləyib: “Təcrübəli futbolçu kimi bütün gücüm və mübarizəmlə “Qarabağ”a kömək edəcəm. Komandamda yeni məqsədlər üçün mübarizə aparacam və ümid edirəm ki, bu mövsüm Çempionlar Liqasında daha da yaxşı yerlərə gedəcəyik. Anlayıram ki, azarkeşlərin məndən gözləntiləri böyükdür. Yayda sabiq komandam “Legiya”yla təlim-məşq toplanışında iştirak etmişəm və yeni mövsümə özümü tam hazır sayıram. Sonda isə “Qarabağ”da çalışan hər kəsə və azarkeşlərə məni burada isti qarşıladıqları üçün təşəkkür edirəm”.
Qeyd edək ki, “Qarabağ”la ikiillik müqavilə bağlayan Yakup Jezniçak 52 nömrəli forma ilə çıxış edəcək.