20 İyul 2014 22:06
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çelsi”nin baş məşqçisi Joze Moyrinyo Lui van Qalın başçılıq etdiyi “Mançester Yunayted”lə oyunu səbirsizliklə gözləyir.

Qol.Az-ın xəbərinə görə, bu haqda portuqaliyalı mütəxəssis özü “Daily Mail” qəzetinə bildirib.

O xatırladıb ki, van Qalla üç il “Barselona”da işləyib.

“Van Qalın İngiltərədə işləməsindən narahat deyiləm. “Mançester Yunayted”lə oyunu səbirsizliklə gözləyirəm. Bu yaxınlarda hollandıyalı məşqçinin mətbuat konfransını izlədim. O, həmişəki van Qal idi: açıq danışan və ədalətli bir insan. Lui “MY” üçün əla məşqçidir Biz futbol üçün doğulmuşuq. Onunla mən böyük mütəxəssislərik. Van Qal Braziliyadakı dünya çempionatının ən yaxşı məşqçisi idi. Hazırda o, karyerasının ən yaxşı dönəmini yaşayır. Bundan başqa, o, mənim əbədi dostumdur”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında “Çelsi” ilə “MY” arasında ilk oyun bu il oktyabrın 26-da keçiriləcək.


Müəllif: