20 İyul 2014 23:59
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

DÇ-2014-də dünya çempionu titulunun əldə olunmasına həsr olunmuş bayram tədbiri zamanı Almaniya yığmasının futbolçuları kuboku zədələyiblər.

Bunu Almaniya Futbol İttifaqının prezidenti Volfqanq Nirsbax deyib.

"Bayram zamanı kubokun bir hissəsi qırılıb düşdü. Mütəxəssislərə müraciət edəərk kbuoku tam bərpa edəcəyik. Narahat olmayın. Kubokun nə zaman, hasnı futbolçu tərəfindən zədələndiyini müəyyənləşdirmək üçün araşdırma aparsaq da, nəticə yoxdur", - V.Nirsbax deyib.

FİFA isə bəyan edib ki, əsl kubok yox, onun surəti zədələnib.

FİFA qaydalarına uyğun olaraq trofeyin orijinalı təşkilatda saxlayır, qalib komandaya surəti verilir.

Milli.az


Müəllif: