Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, o, klubla 2 il müddətinə müqavilə imzalayıb, sövdələşmənin maliyyə şərtləri açıqlanmır.
“Yenidən bura qayıtmaq çox gözəldir. Yeni komanda yoldaşlarımı görməyi, məşqə çıxmağı və matçda oynamağı səbirsizliklə gözləyirəm. Mən əvvəllər bildirmişdim ki, İPL-də təkcə “Mançester Yunayted” və “Everton”da oynayacağam, ona görə xoşbəxtəm ki, bu transfer baş tutdu. Mən heç vaxt digər ingilis klubunun rənglərini müdafiə etməzdim”, - deyə 31 yaşlı futbolçu bildirib.
Qeyd edək ki, Runi ötən mövsümündə bütün turnirlərdə keçirdiyi 39 oyunda 8 qol vurub və 10 məhsuldar ötürmə edib.