Teleqraf.com newsport.az saytına istinadən yaydığı məlumata görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində sabah "Samtredia" ilə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.
- Yeni transferləri sabah meydanda görə biləcəyikmi?
- Xeyr. Sabah onlar meydanda olmayacaqlar.
- Almeydanın durumu necədir?
- Onun oyunda iştirakı sual altındadır.
- Yoxlama oyunlarındakı məğlubiyyətlərdən sonra komandada psixoloji problem yaranıb. Bu durumu aradan qaldıra bilmisinizmi?
- Gərginlik həmişə olur və bu, normal haldır. Amma təcrübəli futbolçularımız var və bu duruma öyrəşmişik. Ümid edirik ki, yaxşı nəticə qazana biləcəyik. Düzdü, futbolçular tam hazır vəziyyətdə deyillər. Amma təlm-məşq toplanışından bu bu yana komandada dəyişikliklər olub. Futbolçuların vəziyyətini eyni səviyyəyə gətirməyə çalışmışıq. Fikrimcə, Bakıda yaxşı hazırlıq keçmişik.
- Ötən il “Qəbələ”yə uduzan “Smatredia”nın gücünü necə dəyərləndirə bilərsiniz? Sizcə, “Qarabağ” da “Smatredia”nı böyük hesabla məğlub edə biləcəkmi?
- Tam fərqlidir. Bu ilki “Samtredia”nı ötən ilki komanda ilə müqayisə etmək olmaz. Həmçinin də bizi. “Smatredia” öz oyun sistemini dəyişib. Bu isə o deməkdir ki, oyunlara fərqli sistemlə çıxa bilərlər. Düşünürəm ki, “Samtredia” ötən illə müqayisədə daha güclüdür.
- Komandaya yeni futbolçu cəlb olunacaqmı?
- Transferin mərhələ adlamaqla heç bir əlaqəsi yoxdur. Bizə daim bu məsələ ilə bağlı suallar verilir. Sadəcə, transfer adına transfer etmək istəmirik. Bəzi futbolçular var ki, onlarla danışsaq da, son anda keçidlərini həll edə bilmədik. Mərhələ keçdik-keçmədik, transfer etməyə çalşacağıq.
- Hazırlıq dönəmində nəticə o qədər də önəmli deyil. Amma “Qarabağ” keçirdiyi oyunlarda yaxşı təsir bağışlamayıb. Sizin buna münasibətiniz necədir?
- Bəli, deyə bilərik ki, nəticə önəmli deyil. Amma məğlub olmuşuqsa, deməli səhvimiz olub. Siz nə qədər narahatızsa, mən də o qədər narahatam. Amma mən bir qədər arxayınam. Çünki Avstriyadakı səhvlərimizi görmüşük və bunlar üzərində çalışırıq. Düşünürəm ki, toplanıçdakı səhvlər rəsmi oyunlarda olmayacaq.
- Ötən il “Qəbələ” öz meydanında “Samtredia”nı darmadağın etmişdi. Siz də “Qəbələ”nin uğurunu təkrarlamaq istəyirsiniz?
- Biz “Qəbələ”nin nəticəsini təkrarlamaq haqda düşünmürük. Bizim məqsədimiz komandanı meydanda düzgün idarə etməkdir. Çalışırıq ki, çatışmayan cəhətlərimizi aradan qaldıraq. İnşallah, azarkeşlərimiz üçün baxımlı futbol oynmağa çalışağıq. Bəzi məğlub olduğumuz oyunlar olub ki, azarkeşlərimiz stadinondan razı gediblər.