14 İyul 2017 00:59
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pis heç nə baş verməyib. Rəqib güclü, yaxşı təşkilatlanmış komandadır. Bunu bilirdik. İlk dəqiqələrdən üstünlüyü ələ almalı, topa nəzarəti əlimizdə saxlamalı idik. Ancaq əksinə oldu. İlk dəqiqələrdən xeyli top itirdik. Lakin sonradan uşaqlar üstünlüyü ələ aldı".

Bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Polşa "Yagelloniya"sı ilə evdə 1:1 hesablı heç-heçə etdikləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündən sonra deyib.

Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin digər suallarını cavablandırıb...

- Oyun "Qəbələ"nin xeyrinə olmayan hesabla nəticələnə bilərdi. Sizcə, komanda hazır deyil, yoxsa rəqib çox yaxşı oynadı?

- Mən bu suala cavab verdim. Rəqib yaxşı komandadır. Onlar artıq ilk mərhələdə rəsmi oyunlara da çıxıblar. "Yagelloniya" yaxşı formadadır. Onların heyətində ciddi dəyişiklik də olmayıb. Bu amilləri nəzərə alsaq, bu gün təəccüblü heç nə baş verməyib. İlk hissədə bir neçə dəfə lazımsız anda top itirdik ki, bu da, komandada əsəbilik yaradırdı.

- İlqar Qurbanov ilk hissənin sonlarında sanki artıq meydanda deyildi...

- Onunla bağlı nə baş verdiyini bilmirəm. Özü ilə danışmamışam. O, əvəzlənməsini istəmişdi, biz də onu əvəzləməyə hazırlaşırdıq. Artıq onu əvəzləyəcək oyunçu da hazırlaşmağa başlamışdı. Bəlkə də, qıcolma tutmuşdu.

- Komandanın əvvəllər də fiziki cəhətdən çatdırmadığını görmüşdük. Bu gün də eyni şey təkrarandı. Bunun səbəbi nədi?

- Sizinlə mübahisə etməyəcəyəm. Ancaq məncə, düzgün fikirləşmirsiniz. Çünki, biz həmişə fiziki cəhətdən güclü olmuşuq.

- Araz Abdullayev bu gün harda idi?

- Onu sadəcə olaraq, "18”liyə salmamışdım. Başqa heç nə baş verməyib.

- Cavab oyunundan nə gözləyirsiniz?

- Çalışacağıq ki, bugünkündən yaxşı oynayaq. Bu gün hər iki komandanın qol vurmaq şansı oldu. Lakin oyun heç-heçə nəticələndi.

- Müdafiənin sol cinahı axsayırdı. Bu mövqeyə oyunçu almağı planlaşdırırsınız?

- Düzdür, bu gün elə də yaxşı oynamadıq. Lakin bunu bir oyunçunun üzərinə atmaq istəməzdim. Mən həmişəki kimi addım atdım. Ən hazırlıqlı oyunçulara şans verdim. Cavab oyununa cəmi 5 gün vaxtımız var. Həmin oyunda da ən yaxşılara şans verəcəyik. O ki qaldı yeni oyunçuya, bu barədə hələ dəqiq heç nə deyə bilmərəm.

/Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər