17 İyul 2017 08:35
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Polşa çempionatına start verilib.

Teleqraf.com-un məlumatına görə, ilk oyun günündə "Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Yagelloniya" "Termalika"nın qonağı olub. Görüş meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1. "Yagelloniya"nın yeganə qolunu 47-ci dəqiqədə penaltidən Lukaş Sekulski vurub.

Qeyd edək ki, "Qəbələ" və "Yagelloniya" arasında Bakıda keçirilmiş ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Cavab görüşü iyulun 20-də olacaq


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər