21 İyul 2014 12:43

Almaniyanın “Şpandau Kikers” klubunun futbolçusu Andres Birmann intihar edib.


Alınan məlumata görə, futbolçunun meyiti öz evində tapılıb. Klubun meneceri Günter Haqedorn bildirib ki, futbolçu depressiyadan əziyyət çəkirmiş:

“Andres intihar edib. Biz hamımız şokda və dərin kədər içindəyik”.

Futbolçu uzun illər depressiyadan əziyyət çəkib. O, 2003, 2009, 2012-ci illərdə də intihara cəhd edib.

Qeyd edək ki, Brimann karyerası ərzində “Sankt-Pauli”, “Union” klublarının da şərəfini qoruyub.

/publika.az/


Müəllif:
Загрузка...