24 İyul 2017 23:34
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birinci dəfədir Bakıdayam. Bura çox gözəl şəhərdir. İstərdim ki, sabah yaxşı nəticə əldə edək".

Teleqraf.com-un məlumatına görə, bu sözləri "Şerif”in kapitanı Mateo Suşiç Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ”la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Ağdam klubunun əks-hücumlarda təhlükəli olduğunu bildirib: "Qarabağ” komanda olaraq yaxşı təsir bağışlayır. Rəqib xüsusilə, əks-hücumlarda daha təhlükəli olur”.

Qeyd edək ki, "Qarabağ” – "Şerif” görüşü sabah saat 21:00-da başlayacaq.


Müəllif: Teleqraf.com