Bu gün Finlandiyanın Tampere şəhərində gənclər arasında güləş üzrə dünya çempionatına start verilib.
Teleqraf.com xəbər verir ki, gənclərin dünya birinciliyinin ilk günündə azərbaycanlı sərbəst güləşçi Şahin Muxtarov (50 kq) final görüşündə erməni rəqibi Karen Zurabyan üzərində 7-5 hesabı ilə qələbə qazanaraq dünya çempionu adına layiq görülüb.