16-cı Dünya Atletika Çempionatına Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev kişilər arasında 200 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyaraq birinci yerə çıxıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Londonda keçirilən yarışda Ramil Quliyev qeyd olunan məsafəni bütün rəqiblərindən tez qət edərək qızıl medala sahib çıxıb. O, finişə 20.09 saniyəyə çatıb.