11 Avqust 2017 10:49
3 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fənərbaxça"nın prezidenti Əziz Yıldırım klubun üzvü Ramil Quliyevin Londonda kişilər arasında 200 metr məsafəyə qaçış yarışının finalında qazandığı qızıl medaldan sonra göz yaşlarını saxlaya bilməyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, FBTV telekanalına müsahibə zamanı Yıldırımın səsi titrəyib və ağlayıb: “Övladlarımızın çempion olmasından çox qürur duyuram. İnanıram ki, digər idmançılarımız da qələbə qazanacaq”.

Ramil Quliyevin qələbəsindən sonra “Fənərbaxça” klubu açıqlama yayıb: “Dünya çempionatında ölkəmizi təmsil edən və birincilik qazanan Ramil Quliyevi təbrik edir, ona daha böyük uğurlar arzu edirik. Ramil Türkiyə ilə yanaşı Azərbaycanın da adını yüksəklərə qaldırdı. Bunun üçün Azərbaycan dövlətinə də təşəkkür edirik”.


Müəllif: Samir

Oxşar xəbərlər