15 Avqust 2017 16:12
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramil Quliyev Azərbaycanda yeganə idmançıdır ki, 19 yaşında evlə təmin edilib. Media yazır ki, Azərbaycan Atletika Federasiyası Ramilə pul verməyib. Nə verdiklərimizi demək istəmirəm.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə 16-cı Dünya Atletika Çempionatının qalibi, Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyevə Azərbaycanda lazımi şərait yaradılmadığı barədə ittihamlara cavab verərkən deyib.

Çingiz Hüseynzadə bildirib ki, Ramil Quliyev “Neftçi” klubundan yaxşı maaş alıb: “Ona bütün idmançılara verilən qədər pul verilirdi. Onun haqqında araşdırma aparın, görün Azərbaycanı necə tərk edib?

Mən dəfələrlə legioner idmançılar haqda danışmışam. Həmişə demişəm ki, idmançılar istənilən ölkə adına çıxış edə bilər. Bu gün də Azərbaycanda qaçış üçün istənilən baza, hansısa rayonda qaçış zolaqları yoxdur.

Atletika üçün xüsusi stadionlar olmalıdır. Biz, adətən, xaricə getməyi düşünürük, problemlərimiz çoxdur. Dediklərimizə inanmaya bilərsiniz, amma araşdırma aparın”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər