Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.
Qol.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”ini sınağa çəkir.
Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionu ilə ev oyununda sərfəli nəticə qazanmağa çalışacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.
15 avqust
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyun
20:00. “Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) - 0:0 (Birinci hissə)
Qol: Mahir Mədətov, 25
Baş hakim: Paolo Talyavento
Yan xətt hakimləri: Alessandro Calyatini, Alessandro Kostantso
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu