“Qalatasaray” futbol klubu Arda Turanın transferi mövzusunda “Barselona” ilə anlaşıb.
Teleqraf.com xəbər verir ki, menecer Əhməd Bulud dünən Arda Turanın transferi ilə bağlı “Barselona” yetkililəri ilə görüşüb. Milli futbolçunun “Barselona”dan ayrılma şərtlərini müzakirə etmək üçün keçirilən görüş real nəticə ilə başa çatıb.
Əldə edilən məlumata görə, Arda Turan “Qalatasaray”dan illik 5 milyon avro maaş alacaq. Oyunçunun maaşının 3 milyon avrosunu “Qalatasaray”, qalan 2 milyonu isə hər iki komandaya sponsorluq edən NEF ödəyəcək.
Transferin bu gün açıqlanacağı gözlənilir.