24 Avqust 2017 18:39
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın bu qələbəsi çox gözəl nəticədir. Komanda növbəti mərhələyə çıxdı. Əsas məqsədə nail olduq. Çempionlar Liqasının qrupundayıq. Hesab edirəm ki, bu çox vacib və sevindirici haldır.

Bu sözləri Teleqraf.com-a açıqlaması zamanı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O bu tarixi qələbənin Azərbaycanın təbliğinə böyük təsiri olacağını bildirib:

“Bu qələbə “Qarabağ”ın, ən əsası isə Azərbaycanın tanınmasına xidmət etdi. “Qarabağ” qrup mərhələsinə düşdü. 6 oyun keçiriləcək. Hələlik bilinmir, “Qarabağ” hansı komandalarla üz-üzə gələcək. Ancaq güclü komandalarla oynayacaq”.

Çingiz bəy Çempionlar Liqasının qrupuna düşdükdən sonra “Qarabağ”ın dünyaya siyasi mesajlar verəcəyini bildirib:

“Düzdür, “Qarabağ” bu oyundan yaxşı qazandı. Amma maddiyyat tərəfi məni ümumiyyətlə maraqlandırmır. Heç bir maddiyyat burda vacib deyil. Əsas odur ki, “Qarabağ” Avropada güclü komandalar sırasına daxil oldu. Hamı bilir ki, “Qarabağ” da, Qarabağ da Azərbaycanındır”.

Qeyd edək ki, dünən “Kopenhagen”lə cavab oyunu keçirən “Qarabağ” “1-2” hesabı ilə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu oyun həmçinin milli yığmamıza 20 milyon manata yaxın pul qazandırıb.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər