25 Avqust 2017 17:19
1 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə ürəyimizə yatan baş məşqçi tapa bilmirdik. “Qarabağ”ın uğur tarixi Qurban Qurbanovun hədəfi ilə bizim hədəfimizin üst-üstə düşdüyü nöqtədə başladı. Artıq hədəflərimizi böyüdə biləcəyimizi hiss elədik.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl Türkiyənin “Anadolu” agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, 16 illik əməyin nəticəsində UEFA Çempionlar Liqasında Azərbaycan bayrağını dalğalandırmaq böyük qürurdur: “Biz professional kluba çevrilməyi hədəfləmişik. Qurbanov yaxşı bir komanda formalaşdırdı, bunun bəhrəsini görürük. İnşallah, uzun illər bu yolda uğurla davam edəcəyimizə inanırıq”.

Klubun 1950-ci illərdə fəaliyyətə başladığını xatırladan Tahir Gözəl onun 1987-ci ildən “Qarabağ” adı ilə mübarizə apardığını qeyd edib: ”Qarabağ” Ermənistanın işğalı altındakı Ağdam rayonunun komandasıdır. İşğal altındakı torpaqların adının Avropada çəkilməsi, Azərbaycanın ərazi bütövlüyünün gündəmə gəlməsi bizim üçün çox vacib idi. Biz “Qarabağ” klubunun məsuliyyətini çiyinlərimizdə daşıyandan bu məqsədlə hərəkət edirik”.

Tahir Gözəl əlavə edib ki, Türkiyənin “Beşiktaş” komandası ilə birgə Avropa klublarına qarşı mübarizə aparmaq Türkiyə və Azərbaycanı sevənlərə böyük hədiyyədir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər