26 Avqust 2017 18:18
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrupuna yüksələn "Qarabağ"ın qazancı həm də pulsuz forma olacaq.

Bunu Teleqraf.com-a idman şərhçisi Gündüz Abbaszadə bildirib. O, qeyd edib ki, bu mərhələdə təkcə futbol klubları yox, həm də geyim brendləri mübarizə aparır:

"Bildiyim qədəri ilə komanda qrupa vəsiqə qazandığı üçün "Adidas" geyimlərə görə ödənilmiş pulu geri qaytarır. Çünki Çempionlar Liqası bir növ istehsalçı firmaların da mübarizə yeridir. "Kim daha çox klubla təmsil olunacaq" mübarizəsi...
Yeri gəlmişkən deyim ki, "Qarabağ"ın da seçdiyi "Adidas" siyahıda liderdir. 13 klub məhz "Adidas"dan geyinir. "Nike" 12, "New Balance" isə 4 klubu geyimlə təmin edir. "Kappa", "Macron" və "Puma" isə hərəyə bir klubla təmsil olunacaq!"


Müəllif: Könül

Oxşar xəbərlər