27 Avqust 2017 15:59
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatının ikinci günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.

Boks Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, +91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Kumar Satişla (Hindistan) üz-üzə gəlib. Qarşılaşma ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Məcidov rəqibini 5:0 (30:27, 29:28, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib.

Boksçumuz 1/8 finalda iordaniyalı Hüseyn İşayşlə qüvvəsini sınayacaq. Döyüş sabah olacaq.

Dünya çempionatının ikinci günündə Pərviz Bağırovun (69 kq) da ilk rəqibi dəqiqləşib. Birinci mərhələdən azad olan təmsilçimiz 1/8 finalda Tuvşinbat Byamba (Monqolustan) ilə qarşılaşacaq. Bağırovun rəqibi Damian Kivioru (Polşa) yarışdan kənarlaşdırıb - 5:0.

Bağırov da Byamba ilə sabah üz-üzə gələcək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər