Millimizin üzvü Kamran Ağayev Çexiya çempionatında debüt edib.
Teleqraf.com xəbər verir ki, “Mlada Boleslav”ın şərəfini qoruyan qolkiper V tur çərçivəsində Praqa "Slaviya"sı ilə oyunda meydana çıxıb.
Səfərdə baş tutan matç Ağayev üçün uğursuz alınıb. 90 dəqiqə oynayan həmyerlimiz qapısında 4 qol görüb. Bir qolda isə həmyerlimiz kobud səhvlə yadda qalıb.
Nəticədə “Mlada Boleslav” yenə də son pillədən yaxa qurtara bilməyib. Bu dəfə 0:4 hesabı ilə uduzan Ağayevin komandasının aktivində cəmi 1 xal var.