Dünən sosial şəbəkədə “Qarabağ” futbol komandasının mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun vəfatı xəbəri yayılıb.
Məlumat “Qarabağ” yığmasının baş məşqçisi Qurban Qurbanovun adına açılmış profilin səhifəsinə yerləşdirilib.
Nurlan İbrahimov Teleqraf.com-a açıqlamasında məsələ ilə bağlı şikayət etdiyini bildirib:
“Bu barədə nə deyə bilərəm ki... Görün, nə qədər bekar insanalar var ki, belə işlərlə məşğuldurlar. Lazımi orqanlara və Feysbukun özünə şikayətlə müraciət etmişəm. Yaxın zamanda həmin saxta profil bağlanmalıdır”.