"Liverpul" növbəti transferini həyata keçirib.
Teleqraf.com xəbər verir ki, İngiltərə təmsilçisi "Leyptsiq"in yarımmüdafiəçisi Nabi Keytanı heyətinə cəlb edib. Tərəflər arasında razılığa əsasən, 22 yaşlı oyunçu 2018-ci ilin iyulundan "Liverpul"da oynayacaq. O, mövsümün sonuna kimi Almaniya klubunda çıxış edəcək. N.Keyta İngiltərə təmsilçisində əfsanəvi kapitan Stiven Cerrardın geyindiyi 8 nömrəli forma geyinəcək.
Britaniy mətbuatı bu transfer üçün "Liverpul"un ən azı 75 milyon avro ödəyəcəyini yazıb. Bu isə klub tarixinin ən bahalı transferi deməkdir.