UEFA “Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsi barədə sorğusuna müsbət cavab verib.
Klubdan Teleqraf.com-a verilən məlumata görə, azarkeşlərin çoxluğunu nəzərə alan komandanın ev oyunlarını daha çox azarkeş tutumuna (68500 yerlik) malik Bakı Olimpiya Stadionunda keçirməklə bağlı müraciətini qitənin ali futbol qurumu təsdiqləyib.
Qeyd edək ki, “Qarabağ” sentyabrın 27-də Çempionlar Liqasının II turu çərçivəsində “Roma”nı Bakı Olimpiya Stadionunda qəbul edəcək. Matç Bakı vaxtı ilə 20:00-da keçiriləcək.