31 Avqust 2017 21:58
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev karyerasını “Qarabağ”da davam etdirməyə yaxındır.

Teleqraf.com xəbər verir ki, Slovakiyanın “Jilina” klubundan ayrılan futbolçu özü Ağdam klubu ilə bütün məsələlərdə razılığa gəlib.

Qeyd edək ki, Şeydayev müqavilə ilə “Trabzonspor”a məxsus olduğundan son olaraq bu klubun razılığını almaq qalıb. Bu baş verərsə, millimizin 20 yaşlı hücumçusu “Qarabağ”da icarə qaydasında çıxış edəcək. Hələlik klubların maddi məsələdə tam razılığa gələ bilmədiyi iddia olunur.

Qeyd edək ki, bu gün Avropada transfer pəncərəsinin son günü olduğundan bu keçid bu gün ərzində həll olunmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər